15 Fevral 2021 11:43
2 601
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Biz nə verəcəyimizi deyil, nə alacağımızı həmişə müzakirə edirik”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Serj Sərksiyan mətbuata müsahibəsində deyib.

Ermənistanın Baş naziri Nikol Paşinyanın onun layihəsi olduğuna dair iddiaların doğru olmadığına bildirən Sərksiyan bildirib ki, düşmənə də belə bir layihə arzu etməzdim:

“Özümüz üçün belə layihə cəfəngiyyatdır. Məni məcbur etdilər ki, bu prosesin qarşısında dayanım".

Serj Sərkisyan deyib ki, əgər kapitulyasiyaya məruz qalan rəhbər İlham Əliyevin addımlarını konstruktiv hesab edirsə, o zaman bu addımların nə olduğunu izah etməlidir: “Hərbi əməliyyatların başlanğıcı ilə bağlı bəzi gizli razılaşmaları, gizli vədlər var idi?”.

Ermənistan hakimiyyətinin hərəkətləri haqqında danışan Sərksiyan əlavə edib ki, bu iqtidar Ermənistanın “qazandıqlarından” imtina edərək Azərbaycanla danışıqların tarixi barədə soruşmağa başlayanda məğlubiyyətə və müharibəyə getdiyimiz artıq aydın idi.


Müəllif: Cavad

Oxşar xəbərlər