Vəziyyət olduqca mürəkkəbdir. Siz bilirsiniz ki, mən Baş Qərargah rəisinin və onun birinci müavininin vəzifəsindən kənarlaşdırılması barədə qərar qəbul etmişəm. Bu qərarların qəbul edilməsinin səbəbini meydanda açıqlayacağam.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Feysbuk”da canlı yayım zamanı bildirib.
O qeyd edib ki, hazırda ən vacib vəzifə vətəndaş və xalq hakimiyyətini qorumaqdır.
Bu vaxt parlamentin sədri Ararat Mirzoyan və sədrin müavini Alen Simonyan da hökumət binasına gəliblər.