10 Mart 2021 21:08
1 059
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan prezidenti Armen Sarkisyan ölkənin Baş nazirini, parlament fraksiyaları liderlərini və “Vətənin xilası hərəkatı”nın nümayəndələrini martın 13-də görüşə dəvət edib.

Teleqraf.com xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

A. Sarkisyan qeyd edib ki, ölkədə siyasi böhran davam edir, vəziyyət gərgin olaraq qalır və bütün bunlar dövlət və dövlətçilik üçün geri dönməz nəticələrə səbəb ola bilər. Onun sözlərinə görə, bir çox problem var və bunların həlli konstitusiya və qanunvericilik daxil olmaqla təcili və sistem dəyişikliklərini tələb edir. Ermənistan prezidenti deyib ki, həm iqtidar, həm də müxalifət mövqelərini dəfələrlə ifadə etsələr də, ancaq qarşılıqlı anlaşma və görüşmək istəyi yoxdur.

Vəziyyəti müzakirə etmək və aradan qaldırmaq, həll yolları tapmaq üçün prezident Baş naziri, parlament fraksiyaları liderlərini və “Vətənin xilası hərəkatı”nın nümayəndələrini öz iqamətgahında görüşə dəvət edib. O, problemlərin həlli yolunun danışıqlar və dialoq olduğuna əmin olduğunu deyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər