19 Mart 2021 19:14
1 194
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da fəaliyyət göstərən nüfuzlu “Jewish Press” informasiya agentliyi israilli siyasi analitik Rahel Avraamın “Ermənistanda baş verən son dəyişikliklərə baxmayaraq, ölkədə faşizm və antisemitizm hökm sürür” sərlövhəli məqaləsini yayıb.

Teleqraf.com-un məlumatına görə, müəllif yazır ki, martın əvvəlində İsrailin “HaYom” qəzetində dərc olunmuş bir məqaləsində amerikalı jurnalist Patrik Lankasterin Ermənistanın paytaxtı İrəvan şəhərinin Respublika meydanında millətçi bir təşkilatı təmsil edən erməni ilə ünsiyyətdə olması və həmin erməninin öz antisemitizm fikirlərini onunla bölüşməsi barədə məlumat verib. Ermənistan vətəndaşı sosial şəbəkələrdə paylaşılmış həmin səs yazısında Svastikanın Hind-Avropa ari xalqlarının simvolu olduğunu, Hitlerin yəhudiləri təhrikçiliklə məşğul olduqları və təhlükəli millət hesab etdiyi üçün öldürdüyünü bildirib.

Müəllif ABŞ-ın Antidefamasiya Liqasının 2014-cü ildə keçirdiyi sorğuya istinad edərək, Ermənistan əhalisinin 90 faizinin Holokost faciəsinin baş verdiyini təsdiqlədiyini, ancaq ermənilərin 58 faizində antisemitizm meyillərinin və yəhudilər barədə mənfi rəyin mövcud olduğunu bildirib. İsrailli ekspert, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri Arye Qut “Jewish Press” informasiya agentliyinə müsahibəsində İsrailin Diaspor Məsələləri Nazirliyinin son antisemitizm hesabatına əsasən İkinci Qarabağ müharibəsindən bəri Ermənistanda antisemitizm meyillərinin artmasının müşahidə olunduğunu deyib. “Monoetnik dövlət olan Ermənistanda antisemitizm və millətçilik dalğasının getdikcə artdığı müşahidə olunur. Son günlərdə İrəvandakı Holokost qurbanlarının xatirəsinə ucaldılmış memoriala qarşı vandalizm aktı törədilib, İsrail ilə Ermənistan arasındakı dostluq münasibətlərinin şərəfinə ucaldılmış digər bir abidə isə təhqir olunub”, – deyə Arye Qut bildirib.

Ekspert antisemitizmin və neonasizmin populyarlaşdırılmasının Ermənistanın dövlət siyasətinin ayrılmaz hissəsinə çevrildiyini və faşist ideologiyasının “njdeizm” adı altında Ermənistanın təhsil müəssisələrinin proqramına daxil edildiyini vurğulayıb.

Arye Qut onu da bildirib ki, 1992-ci il fevralın 26-da erməni silahlı qüvvələrinin Xocalıda törətdikləri vəhşiliklər nəticəsində minə yaxın Azərbaycan vətəndaşı öldürülüb, qadınlar, uşaqlar və qocalar ağlasığmaz işgəncələrə, təhqirlərə və həqarətə məruz qalıblar.

Ekspert, həmçinin qeyd edir ki, Ermənistan İsrailin Cənubi Qafqazdakı strateji tərəfdaşının məhz Azərbaycan olduğunu qəbul edə bilmir.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər