“Türkiyə və Azərbaycanla münasibətlərin normallaşması Ermənistanın maraqlarına uyğun deyil”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Prezidenti Armen Sərkisyan deyib.
Tiflisdə jurnalistlərin suallarını cavablandıran Sərkisyan aşkar formada düşmənçilik münasibətlərinin davam etdirilməsində maraqlı olduqlarını dilə gətirib.
O hesab edir ki, Türkiyə qondarma soyqırımı qəbul etməsindən, Azərbaycanın isə saxladığı terrorçuları geri verməsindən sonra münasibətlərin normallaşmasından danışmaq olar.
“Erməni soyqırımı”nın ABŞ tərəfindən tanınması ilə bağlı gözləntilərinə gəlincə, Sərkisyan buna o qədər də inanmadığını bildirib. Bununla bağlı ABŞ prezidentinin əvəzinə heç nə deyə bilməyəcəyini söyləyib.