Ermənistan baş nazirinin səlahiyyətlərinin müvəqqəti icra edən Nikol Paşinyan bu gün Kazana səfər edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Paşinyanın mətbuat xidməti məlumat yayıb.
Aprelin 30-dək davam edəcək səfər çərçivəsində Nikol Paşinyan Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edəcək.