11 İyun 2021 14:34
821
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın sabiq prezidenti, “Ermənistan” seçki blokunun rəhbəri Robert Köçəryanın prezidentliyə namizədi bəlli olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb.

Qəzetin iddiasına görə, Robert Köçəryan hakimiyyətə gələcəyi təqdirdə, sabiq baş nazir və müdafiə naziri, 78 yaşlı Vazgen Manukyan prezident kürsüsünü tutacaq.

Köçəryan iyunun 20-də keçiriləcək erkən parlament seçkilərində iştirak edəcək. O, rəhbərlik etdiyi blokun baş nazirliyə namizədidir.


Müəllif: Mənsur Rəğbətoğlu