7 İyul 2021 12:26
719
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan hərbi istintaq idarələrində istefa “paradı” başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti yazıb.

Nəşr qeyd edir ki, bir çoxu prokurorluğa işə göndərilən hərbi müstəntiqlər öz qərarlarını çevirməyə belə vaxt macal tapmadıqları minlərlə cinayət işi ilə motivasiya edirlər.

“Bu günlərdə İcevanın xüsusilə mühüm işlər üzrə müstəntiqi Aykaz Melkonyan istefa bəyanatı yazdı. Onu nə qədər inandırmağa çalışsalar da qalmağa razı olmadı. Hərbi müstəntiqlərin çoxu prokurorluq orqanlarında işi daha sakit və asan hesab edərək prokurorluğa işləməyə getdilər”, - deyə “Joqovurd” yazır.

"Hərbi müstəntiqlərin yuxarı rəisləri onlara hökumətə müraciət etməyi və əlavə ştatlar yaratmağı tövsiyə edib. Onlar isə bunu real hesab etmədikləri üçün istefa məktubları yazmağa üstünlük verirlər", - qəzet qeyd edir.


Müəllif: Səxavət

Oxşar xəbərlər