2 Sentyabr 2021 12:01
18 412
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan Xankəndindəki separatçıları “müstəqillik günü” münasibətilə təbrik edib.

Teleqraf.com xəbər verir ki, 44 günlük müharibədən sonra Azərbaycan qarşısında kapitulyasiya aktına imza atan Paşinyan yenə separatçı ənənəsinə sadiq qalıb.

Müharibənin ağır nəticələrini unutmağa və öz xalqına unutdurmağa çalışan Paşinyan növbəti dəfə separatçılara “gələcək müqəddərat” vədini verib.

O, bölgədəki ermənilərin “gələcək müqəddərat”ının müəyyən edilməsinin vacib olduğunu bildirib.

“Bu gün bütün beynəlxalq platformalarda münaqişəsinin həll edilmədiyini təsdiqləyirik. Bunu da həmsədr ölkələrin bəyanatları sübut edir. Münaqişə ATƏT-in Minsk qrupunun həmsədrliyi tərəfindən irəli sürülən və müdafiə olunan tanınmış prinsiplərə əsaslanaraq sülh prosesi ilə hərtərəfli həllini gözləyir”, - Paşinyan qeyd edib.

Baş nazir vurğulayıb ki, sülh prosesi xalqların öz müqəddəratını təyin etmək hüququna əsaslanaraq “Qarabağın statusu”nu konkretləşdirməlidir. Onun fikrincə, sülh prosesi ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində tənzimlənməlidir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər