Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan həbs olunub.
Teleqraf.com-un xəbərinə görə, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Məhkəmədə Tonayanın haqqında iki aylıq həbs-qətimkan tədbiri seçilib.
Məlumata görə, David Tonoyan və David Qalstyan Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən 2011-ci ildə keyfiyyətsiz silah tədarükü ilə bağlı açılan cinayət işi çərçivəsində saxlanılıb.
Ötən gün Tonoyanın mənzilində axtarış aparıldığı məlumatı yayılmışdı.