Ermənistanda müdafiə naziri Arşak Karapetyanın vəzifəsindən azad edilməsinin müxtəlif səbəbləri müzakirə olunur.
Teleqraf.com xəbər verir ki, Ermənistanın “Past” qəzeti məsələ ilə bağlı yeni fakt əldə edib.
“Hökumətdəki mənbələrimizin bildirdiyinə görə, bunun bir neçə səbəbi olub, amma kulminasiya nöqtəsi Nikol Paşinyana Arşak Karapetyanın Rusiya pasportuna malik olması barədə məlumatın çatdırılmasıdır. Paşinyan lüzumsuz hay-küy salmamaq üçün Karapetyanı istefa məktubu yazmağa çağırıb və bu da baş tutub”, - nəşr yazıb.
Qəzet Arşak Karapetyanın Rusiya pasportunun olması barədə məlumatın doğru olub-olmadığını aydınlaşdırmaq üçün bu ölkənin müvafiq xidmətlərinə yazılı sorğu göndərməyə hazırlaşır.