Rusiyalı deputatlar həbs olunmamaq üçün Ermənistana gəlməkdən yayınıblar.
Teleqraf.com xəbər verir ki, bu barədə “Joqovurd” məlumat yayıb.
Nəşr xatırladıb ki, noyabrın 18-də Dilicanda Ermənistan və Rusiyanın parlamentlərarası əməkdaşlıq komitələrinin iclası keçirilib:
“Əldə etdiyimiz eksklüziv məlumata görə, iclasda Rusiya Dövlət Dumasının bir sıra deputatlarının iştirakı nəzərdə tutulsa da, onlar Ermənistana gəlməkdən imtina ediblər. İmtina Ermənistanın ratifikasiya etdiyi Beynəlxalq Cinayətlər Məhkəməsinin Roma statutu ilə izah edilib.
Rusiyalı deputatlar Ermənistana səfərlərinin həbs şəklində gözlənilməz nəticəsi ola biləcəyindən çəkiniblər.
Ruslar bildiriblər ki, nə Ermənistan, nə də Rusiya tərəfi deputatlara Roma statutunun tələblərinin onların işinə şamil olunmayacağı və həbs edilməyəcəklərinə dair təminat verməyib.
“Joqovurd” məsələ ilə bağlı parlament sədrinin müavini Akop Arşakyandan şərh almağa çalışsa da, telefon zənginə cavab verən olmayıb”.