9 Dekabr 2021 23:38
882
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın hüquq-mühafizə orqanları Azərbaycanın qaytardığı 10 hərbçidən beşini saxlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Sputnik Armenia” Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Vardan Tadevosyana istinadla məlumat yayıb.

“Hazırda 5 hərbçi hərbi xidmətkeçmə və döyüş növbətçiliyi qaydalarının ağır nəticələrə səbəb olan pozulması ittihamı ilə saxlanılıb. Onların həbs edilməsi üçün məhkəməyə təqdimat verilib”, deyə Tadevosyan əlavə edib.

Qeyd edək ki, Azərbaycan Respublikası humanizm prinsiplərini əsas tutaraq 4 dekabr 2021-ci il tarixdə 10 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə təhvil verib. Dövlət Təhlükəsizliyi Xidmətindən APA-ya verilən məlumata görə, təhvil verilmiş şəxslər 16 noyabr 2021-ci il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədinin Kəlbəcər istiqamətində törədilən təxribatın qarşısı alınarkən saxlanılıblar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər