Güclü qar yağması səbəbindən Ermənistanda bir sıra yollar bağlanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Vardanes keçidi, Kari gölünə gedən yol, Mastara-Lançik və digər yollar hazırda bağlıdır.
Bununla paralel olaraq Rusiya-Ermənistan arasında işlək olan yuxarı Lars yolu da bütün növ avtomobillər üçün bağlanıb və faktiki fəaliyyət göstərmir.
Məlumatı Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Departamenti və Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin Şimali Osetiya Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Departamenti də təsdiqləyib.