Ermənistan parlamentinin sədri Alen Simonyan ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, Simonyan görüşdə Pelosiyə Qarabağda 44 günlük müharibədən sonra bölgədəki vəziyyət barədə məlumat verib.
O, Ermənistanın regionda davamlı sülh və təhlükəsizlik naminə işləməyə hazır olduğunu təsdiqləyib.
Alen Simonyan “erməni soyqırımı”nın tanınmasında və bununla bağlı “qətnamə”nin qəbulunda verdiyi töhfələrinə görə Pelosiyə minnətdarlığını bildirib.
Görüşdə Nensi Pelosi Ermənistan-ABŞ münasibətlərinin möhkəmlənməsinə və inkişafına verdiyi töhfəyə görə “Şərəf” ordeni ilə təltif edilib.