15 Sentyabr 2022 12:30
870
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni parlamentindəki “Ermənistan” və “Mənim Şərəfim” müxalifət fraksiyalarında təmsil olunan 35 deputatının hamısı baş nazir Nikol Paşinyana qarşı impiçment prosesini başlatmaq üçün hazırlanan sənədə imza atıb.

Teleqraf.com xəbər verir ki, sənədin altına imza atan müxalifətçi deputatların adlarını ötən gecə parlament binası yaxınlığında etirazçılar qarşısında “Ermənistan” fraksiyasının üzvü Aram Vardevanyan oxuyub.

Baş nazirə və hökumətə etimadsızlıq səsverməsi prosesinə başlamaq üçün hakim 18 imza çatışmır. Məntiqlə bu imzanı Paşinyanın lideri olduğu “Mülki Müqavilə” fraksiyasının üzvləri verə bilər. Bu da mümkün görünmür.

“İctimai təzyiq altında bu imzaları təmin etmək lazımdır və bu halda impiçment prosesi 48 saatdan 72 saata qədər davam edəcək”, - Vardevanyan bildirib.

“Ermənistan” blokundan olan deputat Qeqam Manukyan isə deyib ki, qısa müddət ərzində müxalifətdən baş nazirliyə namizədlə bağlı açıqlama olacaq.

Sentyabrın 14-də axşam saatlarında Ermənistan parlamentinin binası qarşısına toplaşan minlərlə insan baş nazir Nikol Paşinyanın istefasını tələb edib. Kortəbii mitinqə səbəb Paşinyanın parlamentdə müəyyən sənəd imzalamağa hazır olduğunu, ona görə onu satqın adlandırıb istefasını tələb edə biləcəyini deməsi olub.


Müəllif: Nemət

Oxşar xəbərlər