7 Fevral 2023 22:18
982
12 Punto 14 Punto 16 Punto 18 Punto

Münasibətlərin mürəkkəbliyinə baxmayaraq, Ermənistan yardım əlini uzatdı. Türkiyəyə humanitar yardım göstərməyə hazır olduğumuzu bildirdik.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyn Almaniyanın xarici işlər naziri ilə görüşün yekunlarına dair mətbuat konfransında bildirib.

Mirzoyan 1988-ci ildə Ermənistanda dağıdıcı zəlzələnim baş verdiyini xatırladıb.

Ermənistan xarici işlər naziri Türkiyə və Suriyada baş vermiş zəlzələ ilə bağlı başsağlığı verib.

Ermənistan XİN başçısı Ermənistan və Türkiyə arasında davam edən dialoqa da toxunub: "Bildiyiniz kimi, sərhədlərin açılması və diplomatik münasibətlərin qurulması üçün dialoq gedir. Bəzi irəliləyişlərin olduğunu bilməyinizi istəyirəm. Fikrimizcə, proses bir az yavaş gedir, amma müsbət nəticələr əldə edilib".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər