29 Mart 2023 13:27
831
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrəvanda gecə klublarının birində mühafizəçilərlə müştərilər arasında əlbəyaxa dava olub.

Teleqraf.com erməni mətbuatına istinadən xəbər verir ki, dava nəticəsində Müdafiə Nazirliyinin iki zabiti yaralanıb.

Onlardan biri Hərbi Polisin İrəvan qarnizonunun cinayət-axtarış bölməsinin rəisi, 36 yaşlı Qriqori Ovannisyandır.

Daha 5 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar hospitala yerləşdirilib.

Hadisə ilə bağlı cinayət işi başlanılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər