30 Oktyabr 2023 12:15
5 112
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rəsmi İrəvan ümid edir ki, Ermənistan-Türkiyə sərhədlərinin açılmasına dair razılaşmalar tezliklə həyata keçiriləcək”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Ümid edirəm ki, yaxın gələcəkdə Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin görüşləri nəticəsində əldə edilmiş razılaşmaların həyata keçirilməsinin şahidi olacağıq”, - baş nazir bildirib.

Paşinyanın sözlərinə görə, Ermənistanla Türkiyə arasında sərhəd indiki mərhələdə üçüncü ölkələrin vətəndaşları və diplomatik pasport sahibləri üçün açılmalıdır. O, siyasi razılaşmalarla yanaşı, mühüm infrastruktur işlərinin də görüldüyünü qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər