30 Oktyabr 2023 16:38
1 073
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Maltada Ukrayna Prezidentinin Aparat rəhbəri Andrey Yermakla görüşüb.

Teleqraf.com xəbər verir ki, həmsöhbətlər Ermənistan və Ukrayna arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyətini müzakirə ediblər.

Bu xüsusda Ukrayna Prezidenti Vladimir Zelenskinin oktyabrın 5-də Qranadada Avropa Siyasi Birliyinin Zirvə toplantısı çərçivəsində Ermənistan Baş naziri Nikol Paşinyanla ilk görüşünün əhəmiyyəti vurğulanıb.

Andrey Yermak Ermənistan baş nazirinin xanımı Anna Akopyanın sentyabrın əvvəlində Kiyevdə keçirilən beynəlxalq forumda iştirakına görə təşəkkür edib.

Prezident aparatının rəhbəri Ukrayna tərəfinin Ermənistanla əməkdaşlığı gücləndirmək istəyini dilə gətirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər