“Rus ayısını çox qəzəbləndirsək, bunun bizim üçün bədəli ağır olacaq”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin keçmiş deputatı Naira Zöhrabyan deyib.
Onun sözlərinə görə, Baş nazir Nikol Paşinyanın Ermənistanın xarici siyasət vektorunu dəyişdirmək səyləri ölkə üçün ciddi problemlər yarada bilər:
“Ermənistandan qat-qat az problemi olan Gürcüstanın anti-Rusiya və ya Rusiyadan aralanma prosesi zamanı hansı cəhənnəmdən keçdiyini görmüşük. İndi belə bir durumda Ermənistanı nələrin gözlədiyini güman etmək olar. Məsələn, Rusiyada Ermənistandan daha çox erməni yaşayır – üç milyon. Yəni biz o adamları birbaşa rus ayısının pəncəsi altına qoyuruq”.