Ruanda tutsi soyqırımına həsr edilmiş muzeydən “erməni soyqırımı” qeydini çıxarıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Joqovurd” qəzeti məlumat yayıb.
“Ruanda Türkiyənin təzyiqi ilə tutsi soyqırımına həsr olunmuş muzeydən “erməni soyqırımı” qeydini çıxarıb”, - məlumatda deyilir.
Nəşr Şərqi Afrika ölkəsinin qərarını izah etmədiyini bildirir.
Ermənistan Xarici İşlər Nazirliyi bu barədə heç bir açıqlama verməyib.
Ermənistan parlamentinin sədri Alen Simonyanın rəhbərlik etdiyi nümayəndə heyəti 2022-ci ildə Ruandada səfərdə olub.