Nəqliyyat kommunikasiyaları (və ya dəhlizləri) Ermənistanın suverenliyi və qarşılıqlı prinsiplər əsasında açılmalıdır.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan deyib.
“Suverenlik, yurisdiksiya, bərabərlik və qarşılıqlı eynilik kimi tanınmış prinsiplərə əsaslanacaq regional nəqliyyat və iqtisadi kommunikasiyaların açılması Ermənistanın xarici işlər naziri tərəfindən bütün görüşlərdə, o cümlədən tərəfdaşlarla keçirilən mətbuat konfransları zamanı vurğulanıb”, - Badalyan bildirib.