20 Fevral 22:57
4 246
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq Ermənistan hakimiyyətinin özü də etiraf edir ki, regionda yeganə müttəfiqimiz İranla ciddi problemlər yaranıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti yazır.

Nəşrin iddiasına görə, Avropa Birliyinin (AB) Ermənistanda müşahidə missiyası yerləşdirməsi Tehranın narazılığına səbəb olub:

“Baş nazir Nikol Paşinyanın Münxendə erməni icması ilə görüşündə İranla bağlı dedikləri də diqqət çəkir:

“Ermənistanın İranla əlaqələri dərindir, bu münasibətlərə sadiq qalacağıq, amma məsələ budur ki, hər şey sadə deyil. İranla yaxşı münasibətlərimiz bəzi yerlərlə gərginliyə səbəb olur, digər ölkələrlə yaxşı münasibətlərimiz İranla gərginlik yaradır”.

Cəmi bir neçə gün əvvəl Tehranda baş nazirin müavini Mqer Qriqoryanı qəbul edən İran Prezidenti İbrahim Rəisi regional problemlərin həlli bəhanəsi ilə xarici qüvvələrin bölgədə olmasının Tehran tərəfindən birmənalı qarşılanmadığını söyləmişdi. İranlılar bundan əvvəl də dəfələrlə bildiriblər ki, Qərbin Ermənistanda yerləşməsinin əleyhinədirlər və bunu problem kimi görürlər.

Ermənistan hakimiyyəti də Qərb müşahidəçilərinin sayını artırmağa çalışır. İstisna deyil ki, yaxın vaxtlarda belə müşahidəçilər Ermənistan-İran sərhədi yaxınlığında da peyda olacaq. Bu da Tehran-İrəvan əlaqələrinə ciddi xələl gətirə bilər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər