28 Fevral 13:38
905
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərb Ermənistanı “rus təndiri”nə atmağa hazırlaşır, Ukrayna Prezidenti Vladimir Zelenskinin İrəvana mümkün səfəri bunun xəbərçisidir.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın İslahatçılar Partiyasının sədri Vahan Babayan deyib.

“Rusiya və KTMT ilə gərginlik fonunda Zelenskinin Ermənistana səfəri ilə bağlı məlumat erməni cəmiyyətində şok effekti yaradıb. Çünki Zelenski 44 günlük müharibədən sonra Əliyevi (Prezident İlham Əliyev – red.) qələbəsinə, Azərbaycanı isə ərazi bütövlüyünü bərpa etdiyinə görə təbrik edən liderlərdən biridir”, - partiya sədri bildirib.

Babayanın fikrincə, Zelenskinin səfəri Qərbin Ermənistanı “təndirə atması” deməkdir:

“Zelenskinin səfərindən sonra Rusiya ilə problemlər daha da kəskinləşəcək. Maraqlısı odur ki, eyni Zelenski Bakıya gəlsə, Əliyev üçün heç bir problem olmayacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər