18 Mart 16:49
4 319
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrəvan hökumət və xalq əleyhinə verilişlər yayımladığını əsas gətirərək, Rusiya telekanallarının ictimai multipleksdə olub-olmaması məsələsini gündəmdə saxlayır.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın yüksək texnologiyalar naziri Mxitar Ayrapetyan deyib.

Onun sözlərinə görə, İrəvanın bu məsələ ilə bağlı öz həlli yolları var, yaxın vaxtlarda Moskvada məsləhətləşmələr də keçiriləcək.

Ayrapetyan Rusiya telekanallarını Ermənistanın daxili işlərinə qarışmaqda, dövlət rəmzləri, xalqın emosiyaları və ləyaqətini təhqir etməkdə günahlandırıb.

Nazir artıq belə bir məsləhətləşmənin olduğunu, amma Rusiyanın hələ də Ermənistan əleyhinə verilişlərin yayımının dayandırıldığına dair İrəvana məlumat vermədiyini söyləyib:

“Dekabrda danışıqlar və məsləhətləşmələr oldu. Amma son vaxtlar nəinki məzmun baxımından dəyişiklik yoxdur, hətta bu cür verilişlər daha da çoxalıb. Bu o deməkdir ki, iki ölkə arasında müqavilə üzrə tətbiq edilən nəzarət vasitələri işləmir. Bunu nəzərə alaraq həll yolları ilə bağlı fikirlərimizi formalaşdırmışıq”.

Bundan əvvəl Emənistanın hakim partiyasının deputatı Lusina Badalyan bildirmişdi ki, hökumət Ermənistanda Rusiya telekanallarının bağlanması məsələsini müzakirə edir.


Müəllif: Mənsur Rəğbətoğlu