27 Mart 18:58
624
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə hücum etsə, Rusiya sərhədçiləri Ermənistanı qorumayacaq.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

“İndi ayrı-ayrı mövzulardan danışılır, məsələn, soruşurlar ki, (Rusiya sərhədçiləri çıxsa) Türkiyə ilə sərhədimizi kim qoruyacaq? Böyük şübhəm var ki, Türkiyə Ermənistana hücum etmək qərarına gəlsə, Rusiya sərhədçiləri onu qoruya biləcək və ya hərəkətə keçəcək”, - Simonyan bildirib.

Spiker hələlik Rusiya sərhədçilərinin Ermənistan-Türkiyə sərhədindən çıxarılması məsələsinin müzakirə olunmadığını da söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu