20 Aprel 23:27
8 900
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Korrupsiyaya qarşı Mübarizə Komitəsində müdafiə naziri Suren Papikyanın həyat yoldaşı Armina Muradyanla bağlı məhkəmə iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, prosesin başlanmasına əsas kimi Suren və Arminanın toy mərasimində hədiyyə olaraq aldığı 105 min ABŞ dolları ilə bağlı mediada məlumatların dərc edilməsi göstərilib.

Armina Muradyan toy mərasimindən əldə etdiyi 2 milyon 100 min dram, 17 min 700 ABŞ dolları, 2 min avro gəliri ilə bağlı məlumatları komitəyə təqdim etməyib.

Papikyan və Muradyan nağd formada aldıqdan sonra pul vəsaitlərini bank hesablarına qoyub. Komitə bununla bağlı araşdırma aparıb ki, vəsaitlərin nağdlaşdırılması risk göstəricisi hesab olunur və pulun nağdsız şəkildə idarə olunmasını təklif edilir.

Yekunda Korrupsiyaya qarşı Mübarizə Komitəsi iş üzrə komissiya üzvlərinin ümumi sayının səs çoxluğunu təmin etmədiyinə görə qərar qəbul etməyib.


Müəllif: Mənsur Rəğbətoğlu