3 İyun 16:01
7 227
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan hökumətinin təşəbbüsü ilə həyata keçirilən “Sülh qovşağı” layihəsi çərçivəsində mayın 31-də Çinin Şanxay şəhərindən ilk yük maşını Qazaxıstan, Özbəkistan, Türkmənistan və İran ərazilərindən keçərək İrəvana gəlib.

Teleqraf.com xəbər verir ki, Çindən Ermənistana yüklərin daşınması təxminən 20 gün çəkib.

“Armenpress”in məlumatına görə, ilk yük maşınının qarşılanma mərasimində Qazaxıstan və Türkmənistanın Ermənistandakı səfirləri Bolat İmanbayev və Muhametniyaz Maşalov da iştirak edib.

Yüklərin Ermənistanın paytaxtında maneəsiz çatdırıldığı bildirilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər