Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkin artıq İrəvana qayıdıb.
Teleqraf.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.
“Sergey Pavloviç məsləhətləşmək üçün geri çağırılmışdı. O, artıq Yerevandadır”, - Mixail Qaluzin bildirib.