25 İyun 11:11
2 854
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan rəhbərlik etdiyi hökumətdə ciddi kadar dəyişikliyinə hazırlaşır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Erməni nəşri yazır ki, hakim “Vətəndaş Müqaviləsi” Partiyasının iyunun 22-də Xankavanda keçirilən toplantısından sonra partiyanın yüksək rütbəli üzvlərinin dincliyi pozulub. Paşinyan iclasdakı çıxışında bildirib ki, 2026-cı ildə keçiriləcək parlament seçkilərinə qədər kadr dəyişikliyi edəcək.

Paşinyan bunu güclü komandanın qurulması kontekstində deyib və vurğulayıb ki, nəyin bahasına olur-olsun, seçkilərdə 50+1 səs toplamalıdırlar. Baş nazirin ad çəkməməsi hakim komandada gərginlik yaradıb. Komanda üzvləri Paşinyanın kimləri nəzərdə tutduğunu bilmirlər.

“Hakim komanda bir neçə gündür qarşıda sürprizlərlə dolu iki ilin olduğunu deyir. Paşinyan hakimiyyətin yenidən qurulması və partiyasına inamın artırılması naminə yeni addımlar atacaq”, - nəşr vurğulayır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər