19 Avqust 17:17
1 204
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan baş naziri, ölkənin birinci şəxsi Nikol Paşinyan reallıqdan qopub, aləmin bir-birinə dəydiyi vaxtda o, velosiped sürməklə, şeir yazmaqla məşğuldur.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti yazır.

Nəşr Paşinyanın bölgədə baş verənlərlə maraqlanmadığını iddia edir:

“Ətrafımızdakı bölgə qaynayarkən, İran-İsrail qarşıdurması güclənərkən, Ermənistanla bağlı məsələlər Əliyev-Putin (prezidentlər İlham Əliyev və Vladimir Putin – red.) görüşündə müzakirə olunarkən, Paşinyan bütün məntiqin hüdudlarını aşan addımlar atır. Çoxlarının fikrincə, onun davranışları seçkiqabağı kampaniyanın məntiqinə tam uyğun gəlir. Növbəti parlament seçkiləri 2026-cı ildə keçirilməlidir, amma Ermənistanda dayanılmadan erkən parlament seçkilərindən danışılır.

Paşinyanın reytinqi aşağı olsa da, çox yaxşı anlayır ki, müxalifəti təəccübləndirməli, onu faktlarla üz-üzə qoymalı, inzibati, hüquqi və maliyyə resurslarından sui-istifadə edib yenidən parlamentdə çoxluğu ələ keçirməli olacaq. Son variantı isə qərbpərəst qüvvələrlə koalisiya yaratmaqdır. Paşinyanın hakimiyyəti saxlamaq üçün bu məntiqlə hərəkət edəcəyi istisna deyil”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər