Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən “Dünya Ermənilərinin Sammiti”ndə çıxışı zamanı bir sıra məqamlara toxunub.
Teleqraf.com xəbər verir ki, Paşinyan Türkiyə ilə davam edən müzakirələrdəki son durumu da açıqlayıb.
Ermənistan baş nazirinin çıxışında diqqətçəkən məqamlar:
- Hazırda BRİKS-ə inteqrasiya ilə bağlı gündəmimiz yoxdur.
- Ermənistanın Avropa Birliyinə (AB) daxil olmaq üçün rəsmi şəkildə siyasi yola keçib-keçməməsi siyasi gündəliyin tərkib hissəsidir. AB-yə daxil olmaq üçün az-çox real ehtimalın olduğunu görəndə, mütləq o anı qaçırmayacağıq.
- Demokratiya Ermənistan üçün strategiyadır, bu, Ermənistanı AB, ABŞ və Qərbə yaxınlaşdıracaq.
- Ermənistan hökuməti nə Avrasiya İqtisadi Birliyi, nə də Rusiya ilə ticarətin həcmini azaltmaq kimi bir problem qoymayıb.
- Ermənistan təhlükəsizlik əlaqələrini şaxələndirir, müxtəlif ölkələrlə hərbi-texniki əməkdaşlıq edirik və faktiki olaraq peşəkar ordu yaradırıq.
- Türkiyə ilə diplomatik əlaqələr qurmalı və quru yolunun açılışını həyata keçirməliyik. Böyük olmasa da, Türkiyə ilə müzakirələrdə müəyyən dəyişiklik var. Bu məsələdə Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin danışıqları böyük əhəmiyyət kəsb edir, hələlik ciddi nəticələr əldə olunmayıb, amma iki ölkənin təmasda olması vacibdir.