12 Oktyabr 20:43
1 808
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Cermuk rayonunda (İstisu rayon - red) 21 kilometr şimal-qərbdə zəlzələ olub.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ermənistanın Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti məlumat yayıb.

Seysmik mühafizə xidməti yeraltı təkanları yerli vaxtla saat 18:17-də qeydə alıb. Zəlzələ ocağı 10 km dərinlikdə yerləşib, yeraltı təkanlar episentrdə 2-3 maqnituda təşkil edib.

Dağıntı və ya tələfat barədə məlumat verilmir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər