4 Aprel 2022 18:14
4 666
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maionun başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşündə Formula 1 Azərbaycan Qran Prisindən bəhs edilib.

Teleqraf.com xəbər verir ki, italiyalı nazir ölkəmizdə ilk dəfə səfərdə olduğunu və paytaxt Bakını birinci dəfə Formula 1 Qran Prisi sayəsində gördüyünü qeyd edib:

“Bildiyiniz kimi, ilk dəfədir ölkənizdə səfərdəyəm. Ölkəniz möhtəşəmdir. Mən əsrarəngiz Bakı şəhərini yalnız Formula 1 Qran-Prisi sayəsində görmüşdüm. Şəhər çox gözəldir, biz buraya avtomobillə gələndə gördük. Xüsusilə, hazırkı vaxtda regionunuzda lidersiniz və bu münasibətlə Sizi təbrik edirəm. Bildiyiniz kimi, bu il diplomatik münasibətlərimizin 30-cu ildönümüdür. Biz may ayında bu mühüm tədbiri qeyd edəcəyik”.

Qeyd edək ki, Azərbaycan artıq 6-cı ildir nüfuzlu beynəlxalq idman yarışında, dünyanın qabaqcıl ölkələri ilə bir arada təmsil olunur. Növbəti Formula 1 Azərbaycan Qran Prisi cari ilin 10-12 iyun tarixlərində baş tutacaq.


Müəllif: Aysel Azad