Bazar günü Formula 1 yarışı günü 3 komandanın avtoqraf sessiyası ilə başlayıb.Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, bu dəfəki sessiyada Manor Racing, Villiams Martini Racing və Sauber F1 komandasının pilotları avtoqraf verib.
.
Williams komandasının pilotlarından avtoqraf almaq üçün Dənizkənarı Bulvarda uzun növbə yaranmışdı. Pilotlardan avtoqraf alan fanatlar "selfie" çəkməyi də unutmurlar.
Yarışlara 19 nömrə altında çıxan braziliyalı Felipe Massa bu gün keçirilən Formula 1 yarışına 6-cı sıradan qatılacaq.
Williams komandasının fanatı olduğunu deyən qızlar özləri ilə gətirdiyi papaqlara da pilotların imza atmasını xahiş ediblər.
Komandanın digər pilotu finlandiyalı Valteri Bottas yarışa 77 nömrə altında qatılır. Əsas yarışa isə o, həmkarından bir az geridə, 8-ci sıradan başlayacaq.
Formula 1 yarışına ən çox bilet alan xarici ölkələr arasında Rusiya azarkeşləri birincidir. Elə Dənizkənarı Bulvar boyunca gəzəndə də ən çox gözə dəyən məhz rusiyalı tamaşaçılardır.
Tamaşaçılar, xüsusilə qızlar arasında üzünə Azırbaycan bayrağını və F1 yarışının logosunu çəkənlərə tez-tez rast gəlmək olur.
Williams komandasının fanatı bütün günü əlində onların bayrağı ilə gəzir. Fanat, ilk sərbəst yürüşdə üçüncü olan komandanın ilk sıralara yüksələcəyinə inandığını deyir.
İspaniyalı pilot Fernando Alonso-ya sevgisini azərbaycanlı gənc onun bayrağını kürəyinə asmaqla göstərir.