6 İyul 2016 09:55
466
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müqəddəs Ramazan bayramı münasibətilə bu gün Bakıda bayram namazı qılınıb.

Bayram namazının qılınmasına Əjdərbəy məscidində saat 8.00-da, Təzəpir məscidində isə saat 9.00-da başlanılıb.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə bayram namazına Təzəpir məscidində qatılıb.

Dünyanın bir sıra ölkələrində müsəlmanlar bayram namazını iyulun 5-də qılıblar. Bəzi ölkələrdə, o cümlədən Azərbaycanda isə bayram namazı bu gün qılınıb. Bayram namazı təzə Ayın görünməsi ilə əlaqədar təyin olunur. (“Azərtac”)


Müəllif: