6 İyul 2016 23:37
777
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Barak Obama Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin tezliklər həll edilməsi üçün addımlar atılmasını vacib sayıblar.

Teleqraf.com TASS agentliyinə istinadın xəbər verir ki, bunu Barak Obama Rusiya lideri Vladimir Putinlə telefon danışığı zamanı bildirib.

V. Putin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi rəhbəri kimi Barak Obamanı iyunun 20-də Sankt-Peterburqda Azərbaycan və Ermənistan Prezidentləri İlham Əliyev və Serj Sarkisyanla keçirdiyi üçtərəfli görüşün yekunları barədə məlumlandırıb.

Məlumatda deyilir: "Vladimir Putin danışıqların təşkili zamanı Rusiyanın münaqişə zonasında vəziyyətin tezliklə sabitləşməsinə yardım və sülh prosesinin irəliləməsi üçün şəraitin yaradılması zərurətindən çıxış edib. Barak Obama Rusiyanın səylərini yüksək qiymətləndirib".


Müəllif: