Varşavada NATO və müttəfiq ölkələrin ikigünlük sammiti keçirilir.
Teleqraf.com-un məlumatına görə, sammitdə əsasən Avropanın şərqində təhlükəsizliyin möhkəmləndirilməsi müzakirə olunur.
Sammitdə Polşa və 3 Baltik ölkəsində 4 batalyon yerləşdirilməsi ilə bağlı qərar qəbul ediləcəyi gözlənilir.
Bu batalyonlar rotasiya əsasında çoxmillətli qüvvələrdən təşkil ediləcək.
ABŞ prezidenti Barack Obama NATO ölkələrinin liderlərini Rusiyanın Krımı ilaq eləməsinə qarşı durmağa çağırıb.