Yerevanda növbəti etiraz aksiyası keçirilir, iştirakçıları prezident iqamətgahına doğru hərəkət edirlər.
Bu barədə Trend Sputnik News-a istinadən xəbər verir.
Yerevanda müxalifətçilərin yürüşü başlayıb.
Şiddətli yağışa baxmayaraq, etiraz aksiyasının iştirakçıları prezident iqamətgahı yerləşən Baqramyan küçəsinə doğru hərəkət edirlər.