9 Avqust 2016 16:47
677
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2016/2017-ci tədris ili üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə müsabiqənin nəticələrini avqustun 9-da elan edib.

TQDK-dan müsabiqənin nəticələrinə əsasən, boş qalan 2698 plan yerinin müsabiqəsində iştirak etmək üçün 3113 abituriyent ərizə təqdim edib. Onlardan 2122 abituriyent orta ixtisas təhsili müəssisələrinə qəbul olub.

Qəbul olan abituriyentlərin siyahısı və müsabiqə nəticəsində formalaşan keçid balları avqustun 10-da “Abituriyent” jurnalının xüsusi buraxılışında təqdim olunacaq.

Qəbul olanlar avqustun 10-dan 16-dək (saat 9:00-dan 17:00-dək) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər