“Ekstremal Jurnalistlərin Poliqon Təlimləri”nin iştirakçıları Tovuzun Əlibəyli kəndində sakinlərlə görüşüb.
Teleqraf.com xəbər verir ki, kənd sakinləri jurnalistlərlə səmimi söhbət edib və fikirlərini bölüşüb.
Müsahibimiz 47 yaşlı Azər Nağıyev düşmənlə üz-üzə kənddə 12 il polis nəfəri kimi xidmət göstərib. 2004-cü ilin oktyabr ayının 18-də - sının Dövlət Müstəqilliyi Günündə düşmənin açdığı atəş nəticəsində ağır güllə yarası alıb.
İnsident nəticəsində A.Nağıyev hər iki ayağının fəaliyyətindən məhrum olub.
2 övlad atasına 2005-ci ilin may ayında I qrup statusu verilib: "Məni ölkəmizin müstəqilliyi günündə vurdular. Əynimdə polis forması var idi. İşdən evə gedirdim. 3 dəfə atəş açıldı və onlardan biri mənə dəydi. Güllə bədənimdə gəzib, bir neçə vacib orqanımı zədələdi. Əlavə gəlirim yoxdur. Təsərrüfatla məşğul olmaq üçün imkanım yoxdur. Mənə dedilər ki, "Qarabağ döyüşlərində iştirak etməmisən, buna görə də sənə avtomobil düşmür". Evdə yüz yaşlı anam var. Özüm də xəstəyəm".
A.Nağıyev əlavə edib ki, Milli Məclisin deputatı Qənirə Paşayevaya üz tutub: "O, mənə məktub yazmağı tapşırdı və köməklik göstərəcəyini dedi. İndi cavab gözləyirəm".
Samir İsayev