İstanbulda yaşayan azərbaycanlılar 26 sentyabr referendumuna qatılıblar.
Teleqraf.com-un xəbərinə görə, İstanbuldakı Azərbaycan konsulluğuna gələn vətəndaşlar 29 maddə üzrə təqdim olunan dəyişikliklərə münasibətlərini bildiriblər.
Konsulluq əməkdaşının həmkarımıza verdiyi məlumata görə, buradakı vətəndaşlarımız aktiv şəkildə öz hüquqlarından istifadə ediblər.
Referendumda iştirak edən tələbə Çingiz Əsədov saytımıza bildirdi ki, səsvermə çox yaxşı şəraitdə baş tutdu:
“Çox yaxşı keçdi. Həmvətənlərimiz fəal iştirak etdilər. Səsverməyə çıxarılan maddələrlə tanış idim, yenə də burda bir daha oxuyub öz fikrimi qeyd etdim”.