16 Noyabr 2016 14:37
611
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərhum xalq şairi Qabilin oğlu Mahir Qabiloğlu da Fikrət Sadığın dəfninə gələnlər sırasındadır.

O, teleqraf.com-a açıqlamasında atasının Fikrət Sadıqla yaxın dost olduğunu deyib: "Mahir Qabiloğlu Fikrət Sadıqla atasının dostluğundan danışıb: “Bu gün mənim əmim, atamın dostu, Şirvan şairlər məktəbinin bir nümayəndəsi rəhmətə gedib. Atam onu zərgər şair adlandırırdı. Həmişə onun şeirlərindən sitat gətirirdi. Onunla bağlı xatirələri gözəl idi. Fikrət Sadıqı adının baş hərfləri ilə - EF-ES deyə çağırırdı. Xətrini elə çox istəyirdi, ona EF-ES deyirdi. Bir dəfə dayım zəng edib ki, Qabil, neyləyirsən? Atam deyib EF-ES-lə içirəm. Dayım da qayıdıb ki, axı sən pivə xoşlamırsan. Atam deyib pivə içmirəm e, EF-ES - yəni Fikrət Sadıqla içirəm. Fikrət əminin vəfatı böyük itkidir. Bu, təkcə bir şair ömrünün başa çatması deyil, Azərbaycanda sonuncu mogikanın vəfatıdır. Allah rəhmət eləsin. Ədəbiyyatsevərlərə, onun oxucularına başsağlığı verirəm”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər