28 Noyabr 2016 12:09
513
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda səfərdə olan Rusiya Federasiyasının təhsil və elm naziri Olqa Vasilyeva məktəb direktorları ilə görüşüb.

Azərbaycan Təhsil Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Olqa Vasilyeva Bakı şəhərində fəaliyyət göstərən bir sıra ümumtəhsil məktəblərinin direktorları ilə görüşüb və ölkəmizdə rus dilinin tədrisinin vəziyyəti ilə tanış olub.

Daha sonra rusiyalı nazir Heydər Əliyev Mərkəzini ziyarət edib.

Daha sonra o, Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələrinin Assosiasiyasının təşkilatçılığı ilə “Təhsil, elm və mədəniyyət sahəsində Rusiya-Azərbaycan əməkdaşlığının vəziyyəti və perspektivləri” mövzusunda keçirilən konfransda iştirak edib.

Dvlət və hökumət qurumları rəsmilərinin, Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndələrinin, ali məktəblərin rektorlarının iştirak etdikləri tədbirdə təhsil naziri Mikayıl Cabbarov iki ölkə arasında təhsil sahəsində səmərəli əməkdaşlıqdan danışıb, bu əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

Olqa Vasilyeva Rusiyanın Azərbaycan ilə bütün istiqamətlərdə, o cümlədən elm və təhsil sahəsində əməkdaşlığa böyük önəm verdiyini bildirib.


Müəllif:

Oxşar xəbərlər