4 İyul 2014 14:43
914
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avrasiya İqtisadi Birliyinin xüsusi anti-böhran fondu Ermənistana 150 milyon dollarlıq investisiya krediti ayırıb.

Bu məbləğ tikintisi davam edən “Şimal-Cənub avtomobil yolu” layihəsinin maliyyəşdirilməsinə yönəldiləcək.

“Avrasiya İnkişaf Bankı maliyyə vəsaitini idarə edən bir orqan kimi Ermənistanın müraciətini müsbət dəyərləndirib”, - deyə fondun açıqlamasında deyilir.

Xatırladaq ki, 2010-cu ildə Ermənistan hökuməti tərəfindən təsdiqlənən “Şimal-Cənub” avtomobil yolu layihəsi 1,5 milyard dollar məbləğindədir. Bu yol Ermənistanın cənubundakı Aştarak şəhəri ilə Gürcüstan sərhədindəki Bavra kəndini birləşdirəcək. Tikinti işləri üçün Avrasiya İttifaqının anti-bohran fonundan əlavə, Asiya İnkişaf Bankı 500 milyon, Avropa İnvestisiya bankı isə 60 milyon avro vəsaiti cəlb edilib. “Şimal-Cənub” yolu 2017-ci ildə istifadə veriləcək.

/modern.az/


Müəllif: