25 Yanvar 2017 15:54
717
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son zamanlar sosial şəbəkələrdə Qafqaz Universitetinin diplomlarının Azərbaycanda tanınmayacağı barədə məlumatlar yayılır.

Məsələ ilə bağlı Təhsil Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Teleqraf.com-a açıqlama verib.

Onun sözlərinə görə, Qafqaz Universitetinin diplomlarının tanınmaması barədə məsələ müzakirə olunmur: “Biz universitetin diplomlarının tanınmaması ilə bağlı hər hansı müzakirə aparmırıq. Bu barədə hər hansı şərh verə bilmərik”.

Qeyd edək ki, Türkiyənin Ali Təhsil Şurasının (YÖK) qərarına əsasən 2016-cı ilə qədər Qafqaz Universitetindən məzun olan və təhsilləri davam edən tələbələrin diplomları Türkiyə tərəfindən tanınmayacaq.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər