2 Fevral 2017 12:04
548
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Samur" gömrük postunun idxal nəzarəti zonasında 10 min ədəd "NZ Gold Compact" markalı siqaret aşkar edilib.

Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Samur" gömrük postunun idxal nəzarəti zonasında Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin təkərlərinin içərisində gömrük nəzarətindən gizlədilən 10 min ədəd "NZ Gold Compact" markalı siqaret aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

İlhamə ƏBÜLFƏT


Müəllif: