2 Fevral 2017 21:25
568
12 Punto 14 Punto 16 Punto 18 Punto

Benilüks Azərbaycanlıları Konqresinin (BAK) lobbiçilik istiqamətində həyata keçirdiyi layihə çərçivəsində Azərbaycan-Lüksemburq parlamentlərarası dostluq qrupunun ilk rəsmi görüşü keçirilib. Bu barədə Teleqraf.com-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Lüksemburq Deputatlar Palatasının sədri Mars Di Bartolomeonun rəsmi dəvəti ilə Azərbaycan-Lüksemburq parlamentlərarası dostluq qrupunun rəhbəri Elmira Axundova və deputat Sabir Hacıyev bu ölkəyə səfər edərək, parlamentdə bir sıra görüşlər keçiriblər.

Nümayəndə heyəti Deputatlar Palatasının sədri Mars Di Bartalomeo, xarici və Avropa məsələləri, müdafiə, əməkdaşlıq komitəsinin sədri Mark Angel, mədəniyyət üzrə dövlət katibi Guy Arendt və digər rəsmilərlə görüşüb. Bütün görüşlərdə BAK prezidenti Sahil Qasımov və Azərbaycanın Belçikadakı səfirliyinin müşaviri Elçin Bəşirov nümayəndə heyətini müşayiət edib.

Bir neçə gün davam edən səfər zamanı Lüksemburqun parlament binası və Parlament Meydanında Azərbaycanın bayrağı dalğalanıb. Səfərin ilk günü nümayəndə heyəti parlament binası qarşısında erməni diasporunun etiraz aksiyası ilə qarşılansa da, bu, görüşlərin yüksək səviyyədə keçirilməsinə və proqramına mane olmayıb.

Azərbaycan-Lüksemburq parlamentlərarası dostluq qrupunun səfəri və keçirdiyi görüşlər yerli mediada geniş işıqlandırılıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər