10 Fevral 2017 17:59
665
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il noyabrın 5-də və 26-da Nardaran qəsəbəsində baş verən hadisələrlə bağlı həbs edilən “Müsəlman Birliyi” təşkilatının sədri Taleh Bağırovun müavini Elçin Qasımov, Nahid Qəhrəmanov, Ağaəli Yəhyayev, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Elgün Axundov, Vüsal Alış, İsa İbrahimov, Seymur Aslanov, Əli Şahbazov və Əmirli Əliyevin cinayət işi üzrə məhkəmə keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən Fərhad Muradov və İsa İbrahimov ifadə veriblər.

Fərhad Muradov bildirib ki, “Hepatit C” xəstəliyindən əziyyət çəkir. O, özünü təqsirli bilməyib.

Digər təqsirləndirilən İsa İbrahimov isə Nardaran hadisələri zamanı ölkədə olmadığını deyib. Onun sözlərinə görə, həmin hadisələrdən 20 gün sonra Kərbəla ziyarətindən Azərbaycana gəlib.

Proses fevralın 17-də davam edəcək.

Hacı Zeynalov


Müəllif: